11 fevral 2024
İdeyalarınızı təsirli hekayələrə çevirin!

Bülbül prospekti 20, Nizami Kino Mərkəzi
Forum haqqında

Mən Danışa Bilmirəm Forumu ünsiyyətini təkmilləşdirmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Forumun keçirilməsində əsas məqsəd iştirakçıların bədən dili, diksiya və səs tonunu doğru istifadə edərək səlis və aydın nitqə sahib olmalarıdır. 14 spikerin iştirak edəcəyi 500 nəfərlik forum 11 fevral 2024-cü il tarixində Nizami Kino Mərkəzində keçiriləcək.

  • 14 spiker
    Ünsiyyətinizi təkmilləşdirmək üçün təcrübəli spikerlərin çıxışları
  • 6 saat
    Bilik, fayda, əyləncə və yeni tanışlıqlarla dolu 6 saat
  • 500 iştirakçı
    İnkişafa meyilli və ünsiyyət qura biləcəyiniz 500 nəfər
Spikerlərimiz
Ünsiyyətinizi təkmilləşdirmək üçün təcrübəli spikerlərin dəyərli fikirlərindən ilhamlanın.
  • Gülyanə Bəşirova
    Azərbaycan dili və ədəbiyyat müəlliməsi
    Söz üçün cibə girmə
  • Cəmilə Tağıyeva
    Məktəbəqədər təlim və tərbiyəçi
    Necə danışım?! Danışa bilmirəm
  • Şahnaz Əziz
    Müxbir və aparıcı
    "Ölkənin nitq problemi: "C" və "Ç"
  • Zarina Hüseynova
    Azərbaycan Alpaqut Federasiyasının mətbuat katibi
    Sürət həddini aşmayın!
  • İlhamə Axundova
    DİM eksperti
    Emosional danışım, yoxsa emosional zəka ilə?
  • Şəlalə Musayeva
    Beynəlxalq dərəcəli təlimçi və müəllimə
    Çıxışımız əsir etsin, yoxsa təsir?
  • Şəlalə Mehdiyeva
    Nitq və diksiya təlimçisi
    Tələffüzün yernən gedir
    De görüm, neynəmişəm?
  • Röya Ağayeva
    Aparıcı
    Aparıcını qorxu apardı
  • Dövlət Rzazadə
    İdman jurnalisti
    Futbol meydançasında natiqlik
  • Murad Hüseynli
    Ünsiyyət təlimçisi və aparıcı
    Səs - sorağın gəlsin
  • Səbinə Bəşirzadə
    Psixoloq
    Bilirsən, kim ilə danışırsan?
  • Zaur Cahangirov
    Natiqlik təlimçisi
    Ballı oğlanın parlı ÜTÜsü
Agenda
11 fevral 2024
10:00 – 11:00
Qeydiyyat
Biletlərin yoxlanılması və iştirakçıların yerləşdirilməsi
11:00 – 11:20
Giriş və Açılış
Forumun keçirilməsində məqsəd, təşkilatçılar haqqında qısa məlumatın verilməsi
11:25 – 12:00
I Panel - Problem sözü ən problemli sözdür
İlk paneldə spikerlər futbol və natiqlikdən, yazdığı kimi danışanlardan, həyəcanı idarə etməkdən danışacaqlar.
11:25–11:30
I spikerin çıxışı
Dövlət Rzazadə, İdman jurnalisti
Dövlət bəy "Futbol meydançasında natiqlik" adlı mövzu ilə çıxış edəcək. Spikerimiz diksiya və natiqliyin futbolla əlaqəsindən danışacaq.
11:35 – 11:40
II spikerin çıxışı
Şəlalə Mehdiyeva, Nitq və diksiya təlimçisi
Şəlalə xanım "Tələffüzün yernən gedir, de görüm, neynəmişəm" adlı mövzu ilə çıxış edəcək. Yazıldığı kimi danışanları dinləyə bilmirsinizsə, forumda Şəlalə xanım bunu öyrədəcək.
11:45–11:50
III spikerin çıxışı
Cəmilə Tağıyeva, Məktəbəqədər təlim və tərbiyəçi
Cəmilə xanım "Necə danışım?! Danışa bilmirəm" adlı mövzu ilə çıxış edəcək. Həyəcanı idarə etmək və insanlarla ünsiyyətdən çəkinmək bir çoxumuzun ortaq problemidir. Forum zamanı Cəmilə xanım "Sözün əsl mənasında danışa bilməməkdən danışacaq".
11:55 – 12:05
IV spikerin çıxışı
Zaur Cahangirov, Natiqlik təlimçisi
Zaur bəy "Ballı oğlanın parlı ÜTÜsü" adlı mövzu ilə çıxış edəcək. Özünüifadə problemləri hekayələşdirmənin köməyi ilə izah ediləcək.
12:10–12:25
Sual - cavab
Spikerlərə suallar
l paneldəki spikerlər tərəfindən forum iştirakçılarına maraqlı gələn sualların cavablandırılması
12:30 - 13:00
I Kofe Fasiləsi
Nitqini inkişaf etdirmək istəyən gənclərlə, natiqlərin şəbəkələşmə imkanı
13:05 – 13:55
ll Panel - Həlli bəlli, sonu əməlli
İkinci paneldə spikerlər səs tonunu idarə etməkdən, söz ehtiyatını artırmaqdan, danışıqda "C" və "Ç" problemindən, sürətli danışıqdan və xüsusi mövzulardan danışacaqlar.
13:05–13:15
Baş sponsor çıxışı
Baş sponsorların çıxışı
Forumun keçirilməsində dəstək olan şirkət nümayəndələrinin çıxışı
13:20–13:25
V spikerin çıxışı
Murad Hüseynli, Ünsiyyət təlimçisi və aparıcı
Murad bəy "Səs - sorağın gəlsin" adlı mövzu ilə çıxış edəcək. Danışarkən səs tonu xüsusi önəm daşıyır. Murad bəy çıxış zamanı səs tonunu idarə etməkdən danışacaq.
13:30–13:35
VI spikerin çıxışı
Gülyanə Bəşirova, Azərbaycan dili və ədəbiyyat müəlliməsi
Gülyanə xanım "Söz üçün cibə girmə" adlı mövzu ilə çıxış edəcək. Söz ehtiyatımızın azlığı daim danışığımıza mənfi təsir göstərir. Forum zamanı Gülyanə xanım hazırcavab olmaqdan danışacaq.
13:40–13:45
VII spikerin çıxışı
Şahnaz Əziz, Müxbir və aparıcı
Şahnaz xanım forumda "Ölkənin nitq problemi: "C" və "Ç"" mövzusunda çıxış edəcək. Bəzi insanların nitqində "C" və "Ç" problemi olur. Forumda Şahnaz Əziz bu problemin həll yollarından danışacaq.
13:50–13:55
VIII spikerin çıxışı
Zarina Hüseynli, Azərbaycan Alpaqut Federasiyasının Mətbuat katibi
Zarina xanım forumda "Sürət həddini aşmayın!" mövzusunda çıxış edəcək. Bir çox insan sürətli, bəziləri isə yavaş danışır. Forumda spikerimiz bu problemin həll yollarından danışacaq.
14:00–14:05
IX spikerin çıxışı
Sürpriz spiker, inkişafınıza töhfə verəcək xüsusi spiker
Sürpriz spiker haqqında məlumat forumdan bir neçə gün əvvəl sosial media hesablarımızda paylaşılacaq.
14:10–14:25
Sual - cavab
Spikerlərə suallar
ll paneldəki spikerlər tərəfindən forum iştirakçılarına maraqlı gələn sualların cavablandırılması
14:30 - 15:00
II Kofe Fasiləsi
Nitqini inkişaf etdirmək istəyən gənclərlə, natiqlərin şəbəkələşmə imkanı
15:05 – 16:10
III Panel - Natiqin psixologiyası pozulub, yenidən yazaq
Üçüncü paneldə spikerlər emosional danışıqdan, çıxış etmə qorxusundan, çıxışımızın təsirli olmasından, və dinləyicilərimizi tanımaqdan və xüsusi mövzulardan danışacaqlar.
15:05 – 15:10
X spikerin çıxışı
İlhamə Axundova, DİM eksperti
İlhamə xanım forumda "Emosional danışım, yoxsa emosional zəka ilə?" mövzusunda çıxış edəcək. Emosionallığımızı qataraq yoxsa emosional zəka ilə danışmalıyıq? Forumda İlhamə xanım bu sualın cavabını açıqlayacaq.
15:15 – 15:20
XI spikerin çıxışı
Röya Ağayeva, Aparıcı
Röya xanım forumda "Aparıcını qorxu apardı" mövzusunda çıxış edəcək. Aparıcıların həyəcanını idarə etməsi çox vacibdir. Röya xanım çıxış zamanı həyəcanı idarə etməyin yollarından danışacaq.
15:25 – 15:30
XII spikerin çıxışı
Şəlalə Musayeva, Beynəlxalq dərəcəli təlimçi və müəllimə
Şəlalə xanım forumda "Çıxışımız əsir etsin, yoxsa təsir?" mövzusunda çıxış edəcək. Çıxışımızın əsiri olmaq əvəzinə təsirli çıxış etməliyik. Spikerimiz forumda bunun yollarından danışacaq.
15:35 – 15:40
XIII spikerin çıxışı
Səbinə Bəşirzadə, Psixoloq
Səbinə xanım forumda "Bilirsən, kim ilə danışırsan?" mövzusunda çıxış edəcək. Hansı şəxsiyyət tipləri ilə ünsiyyətdə oluruq? Dinləyicilərimiz kimlərdir? Səbinə xanım çıxış zamanı bu suallara aydınlıq gətirəcək.
15:45 – 15:50
XIV spikerin çıxışı
Sürpriz spiker, inkişafınıza töhfə verəcək xüsusi spiker
Sürpriz spiker haqqında məlumat forumdan bir neçə gün əvvəl sosial media hesablarımızda paylaşılacaq.
15:55–16:10
Sual - cavab
Spikerlərə suallar
lll paneldəki spikerlər tərəfindən forum iştirakçılarına maraqlı gələn sualların cavablandırılması
16:15–16:40
Hədiyyə müsabiqəsi
Sponsorlar tərəfindən iştirakçılara və spikerlərə xüsusi hədiyyələr
İştirakçılar bilet nömrələrinə və ya adlarına uyğun olaraq lotoreyada iştirak edərək sponsorldan müxtəlif dəyərli hədiyyələr və endirimlər qazanma şansı əldə edəcəklər.
16:45–17:00
Staff təqdimatı və bağlanış
Forumu təşkil edən komandanın təqdimatı və bağlanış
Forum təşkilatçılarının səhnəyə dəvət olunaraq təqdim olunması və bağlanış mərasimi
Forumun təşkilatçıları
GUYS Group və ÜTÜ Group olaraq ünsiyyətini təkmilləşdirmək istəyənlər üçün möhtəşəm forum təşkil edirik.
GUYS Group
GUYS Group 14 təsisatı özündə birləşdirən xidmətlər zənciridir. A-dan Z-yə bir çox xidmətləri sizlərə təqdim etməyə resursu, təcrübəsi və ən əsası kifayət qədər peşəkar kadr bazası mövcuddur.
GUYS Group iqtisadiyyat, dizayn, SƏTƏM, xaricdə təhsil, konsaltinq xidmətləri, tədbirlərin təşkili və digər uyğun xidmətlər təklif edir.
ÜTÜ Group
"ÜTÜ" şəxsiyyətlərarası ünsiyyət sahəsində insanların bir-biri ilə anlaşmasını təmin etməyi üçün həmçinin də kollektiv ünsiyyətdə natiqlik bacarığının təkmilləşdirilməsi üçün əsas vasitədir.
Əsas məqsədi ünsiyyətin qırışlarını ütüləməkdir. "ÜTÜ" brendi ilə insanların ünsiyyətini yaxşılaşdırmaq üçün çalışırlar.

Foruma bilet əldə et!
Standart 30 AZN

Tələbələrə 20% endirimlə 30 yox 24 AZN
Təşkil etdiyimiz bir neçə forum
11 fevral 2024
Bülbül prospekti 20 / Nizami Kino Mərkəzi
Bizimlə əlaqə:

Telefon: +994553206221


E-mail: mdbforumu2024@gmail.com

This site was made on Tilda — a website builder that helps to create a website without any code
Create a website